Kateqoriyalar

Paleontologiya elmi

Paleontologiya yaxud fosil elmi tapılmış fosillər əsasında onların xarici görünüşünün bərpa olunması, bioloji xüsusiyyətlərini, qidalanma tərzini, çoxalmasını, bu məlumatlar əsasında dünyada həyatın tarixini öyrənən elm sahəsidir.

Yunanca palaios (qədim), onto (varlıq) və logos (elm) sözlərindən meydana gəlib. Qədim canlıları araşdıran bir elm sahəsi olan Paleontologiya stratiqrafiya, sedimentologiya, tarixi geologiya, biologiya, ekologiya, coğrafiya, klimatologiya ilə əlaqəlidir. Fosil elmi ya da daş elmi olaraq da tanınır. Başqa sözlə desək , ölmüş canlıların "fosil" olaraq adlandırılan daşlaşmış qalıqlarına ya da izlərinə əsaslanaraq geoloji zamanda yaşamış olan canlıların ən sadəsindən ən mürəkkəb formalarını, növ və formaları, həyat şəraiti, ortaya çıxdıqları və yox olmalarıyla zaman və məkandakı yayılmalarını araşdıran elm sahəsidir. İlk paleontoloji araşdırmalar Leonardo da Vinçi tərəfindən Misirdən gətirilmiş əhəng daşında nummulitlərlə (Nummulites) rastlaşması ilə aparılmağa başlanmışdır. Da Vinci nummulitlərin bir orqanizm qalığı olduğunu anlamışdır.

Fosil elmi iki yerə bölünür:

Makropaleontologiya: Mikroskopda tədqiq edilməsi mümkün olmayan makro ölçülərdəki adi gözlə görünən fosilləri araşdıran paleontologiyanın yarım bölməsidir.

Mikropaleontologiya: Əyani şəkildə adi gözlə müşahidə edilməyən, amma mikroskopla araşdırıla bilən fosilləri öyrənən paleontologiyanın yarım bölməsidir.

Fosil elmi bu formada araşdırmalarıyla yer elmi olan geologiyaya da dəstək olur. Bu şəkildə edilən araşdırmalar nəticəsində tam olaraq zamanımıza qədər gəlib çıxan fosil zəncirinə nəzər salmaq mümkündür.

Paleontologiya ilə əlaqəli elm sahələri.

Sistematik Paleontologiya - Fosillərin morfologiyasını və mövcuddursa anatomik məlumatlarını sistemləşdirib nəsil fərqliliklərinin pillələrini müəyyən edərək onları adlandırır.

Stratiqrafik Paleontologiya - Fosillərin şaquli ardıcıllığını araşdırır. 

Paleoekologiya - Fosil orqanizmlərin paleofizika və paleobiotik ətraf mühitiylə olan əlaqələrinin araşdıraraq fosillərin harada və necə yaşadığını öyrənən elm sahəsidir.

Paleobiocoğrafiya - Fosillərin coğrafi ve üfüqi ardıcıllığını araşdırır.