Kateqoriyalar

Atın təkamülü nağılı

Məməlilərin mənşəyi mövzusunda əhəmiyyətli bir yer tutan başlıq çoxdandır ki, təkamülçü mənbələrin baş tacı etdikləri "atın təkamülü" əfsanəsidir. Bu bir əfsanədir, çünki elmi tapıntılara deyil, xəyal gücünə əsaslanır.

"Atın təkamülü"nü simvollaşdırdığı iddia edilən sxemlər yaxın vaxtlara qədər təkamül nəzəriyyəsinə sübut olaraq göstərilən fosil siyahısının ən başında yerləşirdi. Halbuki bu gün bir çox təkamülçü atın təkamülü ssenarisinin etibarsızlığını qəbul edir. 1980-ci ilin noyabr ayında Çikaqo Təbiət Tarixi Muzeyində 150 təkamülçünün iştirak etdiyi dörd gün davam edən və mərhələli təkamül nəzəriyyəsinin problemlərinin müzakirə olunduğu bir iclasda təkamülçü Boys Rensberqer atın təkamülü ssenarisinin fosil qeydlərində heç bir dayağı olmadığını belə açıqlamışdır:

Təxminən 50 milyon il əvvəl yaşamış dörd dırnaqlı, tülkü böyüklüyündəki canlılardan günümüzdəki daha böyük tək dırnaqlı ata doğru mərhələli dəyişiklik olduğunu göstərən məşhur atın təkamülü nümunəsinin etibarsız olduğu çoxdandır ki, elmə məlumdur. Mərhələli dəyişiklik yerinə, hər növün fosilləri tamamilə fərqli olaraq ortaya çıxır, dəyişmədən qalır, sonra da nəsli tükənir. Ara formalar bilinmir. (Boyce Rensberger, Houston Chronicle, 5 noyabr 1980, bölmə 4, s. 15.)

İlk baxışda inandırıcı kmi görünən at sırası sxemləri əslində həqiqətin təhrif edilməsi ilə ortaya atılmışdır. Tapılan hər yeni fosil bu xəyali sxemlərin əsassızlığını ortaya qoydu.

Rensberqer dürüst bir yanaşma ilə atın təkamülü ssenarisindəki bu əhəmiyyətli problemi dilə gətirərkən əslində bütün nəzəriyyənin fosil qeydlərindəki ən böyük çətinliyi "ara keçid formaları çətinliyi"ni gündəmə gətirmişdir.

Atın təkamülü sxemləri haqqında Amerika Təbiət Tarixi Muzeyindən məşhur təkamülçü paleontoloq Naylz Eldric də hələ İngiltərə Təbiət Tarixi Muzeyinin zirzəmisində duran bu sxem haqqında bunları söyləyir:

Həyatın təbiəti haqqında hər biri bir-birindən xəyali bir çox pis hekayələr mövcuddur. Bunun ən məşhur örnəyi isə bəlkə 50 il əvvəl hazırlanmış və hələ də zirzəmidə olan atın təkamülü sərgisidir. Atın təkamülü bir-birini izləyən yüzlərlə elmi mənbə tərəfindən böyük bir həqiqət kimi təqdim edilmişdir. Lakin indi bu tip iddiaları ortaya atan insanların etdikləri təxminlərin yalnız fərziyyə olduqlarını düşünürəm. (Harper´s Magazine, fevral 1985, s. 60.)

Bəs "atın təkamülü" ssenarisinin mənbəyi nədir? Bu ssenari Hindistan, Cənubi Amerika, Şimali Amerika və Avropada fərqli zamanlarda yaşamış, fərqli növ canlılara aid fosillərin təkamülçülərin xəyal gücləri istiqamətində kiçikdən böyüyə doğru düzülməsi ilə yaradılan sxemlərlə ortaya atılmışdır. Fərqli tədqiqatçıların önə sürdüyü 20-dən artıq atın təkamülü sxemi vardır. Hamısı da bir-birindən fərqli olan bu nəsil ağacları haqqında təkamülçülər arasında da fikir birliyi yoxdur.

London Təbiət Tarixi Muzeyində olan "Atın təkamülü" sərgisi. Bu və buna oxşar "Atın təkamülü" sxemləri müxtəlif dövrlərdə, fərqli coğrafiyalarda yaşamış müstəqil canlı növlərinin son dərəcə birtərəfli yanaşma ilə ortaya çıxarılmışdır. Həqiqətdə isə "atın təkamülü"nə aid heç bir konkret elmi sübut yoxdur.

Bu siyahıdakı tək ortaq cəhət 55 milyon il əvvəlki Eosen dövründə yaşamış Eohippus (Hyracotherium) adlı itə bənzər bir canlının atın ilk əcdadı olduğuna inanılmasıdır. Halbuki atın milyonlarla il əvvəl yox olmuş əcdadı olaraq təqdim edilən Eohippus hələ də Afrikada yaşayan və atla heç bir əlaqəsi və oxşarlığı olmayan daman (Hyrax) adlı heyvanın demək olar ki, eynisidir. (Francis Hitching, The Neck of the Giraffe: Where Darwin Went Wrong, Ticknor and Fields, New York, 1982, s. 30-31.)

Atın təkamülü iddiasının etibarsızlığı hər keçən gün ortaya çıxan yeni fosil tapıntıları ilə daha aydın şəkildə anlaşılır. Eohippus ilə eyni təbəqədə dövrümüzdə yaşayan at cinslərinin də (Equus nevadensis və Equus occidentalis) fosilləri tapılmışdır. Bu, dövrümüzdəki at ilə onun "əcdadının" eyni zamanda yaşadığını göstərir ki, atın təkamülü iddia edilən həmin mərhələnin heç vaxt yaşanmadığının sübutudur.

Təkamülçü yazar Qordon Teylor darvinizmin açıqlaya bilmədiyi mövzulara toxunduğu "The Great Evolution Mystery" (Böyük təkamül sirri) adlı kitabında at silsilələri əfsanəsinin əslini belə izah edir:

Darvinizmin bəlkə də ən ciddi zəifliyi paleontoloqların böyük təkamül dəyişiklikləri göstərəcək qohumluq münasibətlərini və canlı təsnifatını ortaya qoya bilməmələridir... At silsiləsi ümumiyyətlə bu mövzuda həllə qovuşdurulmuş yeganə nümunə kimi göstərilir. Lakin həqiqət budur ki, Eohippusdan Equusa qədər uzana siyahı çox əsassızdır. Bu siyahının getdikcə artan bir bədən böyüklüyünü göstərdiyi iddia edilir, amma əslində siyahının ilk sıralarına qoyulan canlıların bəziləri (siyahının ən başında yerləşən) Eohippusdan daha böyük deyil, daha kiçikdirlər. Fərqli mənbələrdən gələn növlərin bir yerə gətirilib qane edici bir görüntüyə sahib olan bir sıralamada ard-arda düzülmələri mümkündür, amma tarixdə həqiqətən bu sıralama içində bir-birlərini izlədiklərini göstərən heç bir sübut yoxdur. (Gordon Rattray Taylor, The Great Evolution Mystery, Sphere Books, London, 1984, s. 230.)

Bütün bu həqiqətlər təkamül nəzəriyyəsinin ən böyük dəlillərindən birisi kimi təqdim olunan atın təkamülü sxemlərinin heç bir əsası olmayan xəyali sıralamalar olduqlarını ortaya qoyur. Digər növlər kimi atlar da təkamülləşmiş bir əcdada sahib olmadan mövcud olublar.