Kateqoriyalar

KONFİÇİUSORNİS (Confuciusornis)

Yaş: 120 milyon il
Dövr: Təbaşir
Tapıldığı yer: Liaoning, Çin

Məlumat:

Hazırda yaşayan quşlarla eyni olan Confuciusornis Sanctus adlandırılan bu quş barədə Science et Vie adlı jurnalda belə bəhs olunur: “Confuciusornis Sanctus adlandırılan bu fosili araşdıran Çin və ABŞ paleontologlarına görə söhbət birinci dərəcəli bir kəşfdən gedir. Toyuq boyda olan bu uçan quş 157 milyon yaşındadır… Yenə də Archeopteryxdən daha yaşlıdır” (Jean Philippe Noel, es Oiseaux de la Discorde Science et Vie, no: 961, səh.83, oktyabr 1997). Bu kəşf bir həqiqəti bəyan edir: Confuciusornis quşunun guya quşların atası hesab olunan bir canlıyla eyni bir dövrdə yaşaması və hazırda yaşayan quşlara həddən atrıq bənzəməsi təkamülçülərin iddialarının etibarsızlığını göstərir. Quşlarla sürünənlər arasında strukturca çox fərq var. Bunların ən vacibi sümüklərin quruluşudur. Təkamülçülərin quşların atası saydığı dinozavrlar böyük və cüssəli olduqlarına görə, sümükləri qalın və içi doludur. Əvəzində istər yaşayan, istərsə də nəsli tükənmiş bütün quşlarda sümüklərin içi boşdur və bunun sayəsində sümüklər çox yüngüldür. Belə yüngül sümük quruluşu quşların uçması üçün çox vacibdir.