Kateqoriyalar

Selekant

Selekant (CÅ“lacanth) təxminən 150 sm uzunluğunda, böyük, zirehi xatırladan və bütün gövdəsi qalın pullarla örtülü bir balıqdır. Sümüklü balıqlar sinfinə aiddir və fosillərinə ilk olaraq Devon (408-360 milyon il arası) dövrünə aid laylarda rast gəlinib. 1938-ci ilə qədər bir çox təkamülçü zooloq bu canlının gövdəsindəki iki ədəd üzgəc istifadə edərək dəniz dibində gəzdiyini və dəniz-quru heyvanları arasında bir keçid forması olduğunu fərz edirdi.
Təkamülçülər bu iddialarına əsas olaraq əllərindəki selekant fosillərinin üzgəclərindəki sümüklü quruluşları göstərirdilər. Lakin 1938-ci ildə baş verən bir hadisə bu ara növ iddiasını tamamilə darmadağın etdi. Cənubi Afrika Respublikası sahillərində canlı bir selekant ələ keçirildi! Özü də ən azı 70 milyon il əvvəl yox olduğu düşünülən bu canlı növü üzərində aparılan tədqiqatlar selekantların 400 milyon ildir heç bir dəyişikliyə məruz qalmadıqlarını göstərirdi.

Focus jurnalının 2003-cü ilin aprel ayı sayında bu tapıntının meydana gətirdiyi təəccüb bu ifadələrlə təqdim olunur:

Əslində canlı bir dinozavr tapılsaydı, bu daha az təəccübləndirici olardı. Çünki fosillər selakantın dinozavrların səhnəyə çıxmasından 150-200 milyon il əvvəl mövcud olduqlarını göstərir. Bir çox alimin quru onurğalılarının atası olaraq göstərdiyi, ən az 70 milyon il əvvəl yox olduğu zənn edilən balıq canlı tapılmışdı! (Focus, aprel 2003)

Sonrakı illərdə hamısı canlı olaraq təxminən 200 selekant (Latimera chalumnae) ələ keçirildi. Heç bir dəyişikliyə məruz qalmayan balıqların 150 ilə 600 metr arasındakı dərinlikdə yaşadıqları və mükəmməl bir bədənə sahib olduqları aydınlaşdı. 1987-ci ildə Almaniyanın Maks Plank İnstitutunun professoru Hans Frike, Geo adındakı kiçik sualtı aparatla Afrikanın şərqində yerləşən Komor adaları ətrafında 200 metr dərinliyə enərək bu canlıları təbii mühitlərində araşdırdı. O, tetrapodlarda (dördayaqlı quru canlılarında) sümüklü üzgəclərin yerimə vəzifəsini yerinə yetirən uzantılarla heç bir əlaqəsinin olmadığını müşahidə etdi.

Focus jurnalında bu araşdırmanın nəticələri belə izah olunur:

Elastik üzgəclərin dördayaqlı quru onurğalılarınkına bənzər bir funksiyası yoxdu. Bunlar heyvanın geriyə doğru və baş aşağı da daxil olmaqla hər yönə üzməsini təmin edirdi. (Focus, aprel 2003)

400 milyon illik dövrdə heç bir dəyişiklik izi göstərməyən bir canlı olan selekant təkamülçüləri çox çətin vəziyyətdə qoymuşdur. Özü də selekantların heç bir dəyişikliyə məruz qalmadığı 400 milyon illik dövrdəki qitə hərəkətləri nəzərə alındıqda təkamülçülərin tamamilə çarəsiz qaldıqları görünür. Focus jurnalında bu mövzuda bunlar yazılmışdır:

Elmi məlumatlara görə dövrümüzdən təxminən 250 milyon il əvvəl bütün qitələr birləşik idi. Pangeya adlandırılan bu böyük quru parçasını tək və nəhəng bir okean əhatəyə alırdı. Təxminən 125 milyon il əvvəl qitələrin yer dəyişdirməsi nəticəsində Hind okeanı yarandı. Dövrümüzdə selekantların təbii mühitlərinin əhəmiyyətli bir hissəsini meydana gətirən Hind okeanındakı vulkanik mağaralar da qitə hərəkətlərinin təsiri ilə ortaya çıxdı. Bütün bu məlumatların vasitəsilə mühüm bir həqiqət qarşımıza çıxır. Təxminən 400 milyon ildən bəri mövcud olan bu heyvanların təbii mühitlərdə meydana gələn bu qədər dəyişikliyə baxmayaraq, dəyişmədiyi həqiqəti! (Focus, aprel 2003)

400 milyon illik dövrdə selakantda heç bir dəyişikliyin olmaması canlı aləmin təkamüllə ortaya çıxdığı və canlılarda davamlı bir təkamül olduğu nəzəriyyəsi ilə ziddiyyət təşkil edir.

Əllərində selakantın sadəcə fosilləri olduğu halda təkamülçü paleontoloqlar bu canlı haqqında həqiqətdən uzaq darvinist fərziyyələr ortaya atmışdılar. 
Ancaq həmin balıq canlı halda tutulanda bütün fərziyyələr alt -üst oldu. Yuxarı sol tərəfdə selakantın canlı nümunələrini görə bilərsiniz. Yuxarı soldakı şəkil 1998-ci ildə İndoneziya ətrafında tutulan ən son selakant nümunələrindəndir.

Bundan başqa, selakant təkamül nəzəriyyəsinin xəyali bir keçidlə bir-birinə bağladığı dəniz və quru canlıları arasındakı dərin uçurumu ortaya çıxarır. Professor Keyt Tomsonun "The Story of the Coelacanth" (Selakantın hekayəsi) adlı kitabında bu məlumatlar verilmişdir:

Məsələn, elmə məlum olan ən qədim selekant (Diplocercides) da eyni formada bir rostral orqanın (kəllənin içində olan jelatin kimi bir maddə ilə dolu kisə və ona bağlı altı balon), xüsusi bir kəllə oynağına, içi boş bir notoxordaya və az sayda dişə malik idi. Bütün bunlar, qrupun Devon dövründən bəri (400 milyon ildir) demək olar ki, heç dəyişmədiyini göstərdiyi kimi, fosil qeydləri arasında böyük bir boşluğun olduğunu da göstərir. Çünki selakantların hamısında görünən ortaq xüsusiyyətlərin ortaya çıxmasını göstərən ata fosillər zəncirinə sahib deyilik. (Focus, aprel 2003)

Selekantın təkamülü rədd edən mürəkkəb quruluşu

Selekantın heç bir əcdadı olmadan qəflətən ortaya çıxması və milyonlarla il boyu heç bir dəyişikliyə məruz qalmaması ilə yanaşı, bu canlının mürəkkəb quruluşu da təkamülçülər üçün böyük bir problemdir. Dünyanın tanınmış J.L.B. Smit İxtiologiya İnstitutunun rəhbəri professor Michael Bruton Cənubi Afrikada tapılan selakantı çox qarışıq bir heyvan olaraq təqdim edir. Onların kompleks quruluşları da təkamülçülərin böyük probleminə çevrilmişdir.

Doğuş bu canlıların mürəkkəb xüsusiyyətlərindən biridir. Selakantlar balalarını doğuşla dünyaya gətirirlər. Portağal böyüklüyündəki yumurtaları balığın içində ikən çatlayır. Özü də balaların ananın bədənindən ciftə bənzər bir orqan sayəsində qidalandıqlarına dair tapıntılar mövcuddur. Cift anadan balaya oksigen və qida ötürməklə yanaşı, balanın bədənində tənəffüs və həzmdən artıq qalan maddələri uzaqlaşdıran mürəkkəb bir orqandır.

Karbon dövrünə aid (360-290 milyon il əvvəlki dövr) embrion fosilləri belə mürəkkəb bir sistemin məməlilərin ortaya çıxmasından çox əvvəl mövcud olduğunu göstərir. (Focus, aprel 2003)

Digər tərəfdən, selekantların ətrafdakı elektromaqnetik sahələrə həssas olduğunun müəyyən edilməsi bu canlılarda mürəkkəb bir duyğu orqanının da varlığını göstərmişdir. Alimlər balığın rostral orqanının beynə bağlandığı sinirlərə baxaraq, bu orqanın elektromaqnit sahələrini qavrama vəzifəsini yerinə yetirdiyini qəbul edirlər. Bu möhtəşəm orqanın ən qədim selakant fosillərində belə mövcud olması digər mürəkkəb quruluşlarla birlikdə qiymətləndirildikdə, təkamülçülərin öhdəsindən gələ bilməyəcəyi bir problem ortaya çıxır:

Fosillərə görə balıqların peyda olduğu tarix dövrümüzdən təxminən 470 milyon il əvvələ aiddir. Selekantın ortaya çıxması isə bu tarixdən 60 milyon il sonradır. Çox ibtidai xüsusiyyətlərə sahib olması və ehtimal olunan bu varlığın çox qarışıq bir quruluşda olması təəccüb doğurur.

Bütün bunlar təkamül nəzəriyyəsinə böyük bir zərbədir: Ciftə bənzər bir orqanın və elektromaqnit dalğaları qavrayan mürəkkəb quruluşların bu qədər qədim dövrlərdə qüsursuz şəkildə tapılması təbiət tarixində təkamül nəzəriyyəsinin iddia etdiyi kimi sadədən mürəkkəbə doğru mərhələli təkamülün mövcud olmadığını göstərir.

Selekantdan təkamülə başqa bir zərbə: Qanın xüsusiyyətləri

1966-cı ildə ələ keçirilən bir selakant tutulduqdan dərhal sonra donduruldu. Alimlər balığın qanı üzərində tədqiqat aparanda çox heyrətləndilər: selekant köpək balığı qanı daşıyırdı!

Selekantdan başqa bütün sümüklübalıqlar (Osteichthyes) dəniz suyu içib, artıq duzu gövdələrindən ataraq su tələbatını ödəyirlər. Selakantın gövdəsindəki sistem isə qığırdaqlıbalıqlar (Chondrichthyes) sinfinə aid olan köpək balığının gövdəsindəki sistem kimidir. Köpək balığı zülalların parçalanması nəticəsində meydana gələn ammonyakı sidik cövhərinə çevirir və insan üçün ölümcül ola bilən ölçülərdə sidik cövhərini qanda saxlayır. Ətrafdakı suyun duzluluq nisbətinə görə qandakı bu maddələrin nisbəti nizamlanır, nəticədən qan dəniz suyu ilə izotonik vəziyyətə gəldiyinə görə (içdəki və çöldəki suyun ozmotik təzyiqi bərabərləndiyi, yəni eyni nisbətə çatdıqları üçün) çölə su itkisi olmur. Selekantın qaraciyərinin sidik istehsal etmək üçün lazım olan fermentlərə malik olduğu da ortaya çıxarılmışdır. Yəni selekant daxil edildiyi sinifdə başqa heç bir növdə mövcud olmayan və ancaq on milyonlarla il sonra köpək balıqlarında ortaya çıxan xüsusi qan xüsusiyyətlərinə sahibdir.

Focus selakantda köpək balığı qanı tapılması professor Keyt Tomsonun ifadəsi ilə "təkamül problemi" kimi səciyyələnir. Jurnal problemi daha da açıqlamaq və molekulyar analizlərə əsaslanaraq, qığırdaqlıbalıqlar sinfindəki köpək balıqları ilə sümüklü balıqlar sinfindəki selekantlar arasında heç bir təkamül qohumluğu qurulmadığını bildirir. Göründüyü kimi, iki canlı arasındakı oxşarlığa gətiriləcək heç bir açıqlama yoxdur. Təkamülçülərin çoxunun oxşarlığı açıqlamaqda müraciət etdikləri molekulyar analiz üsulları da bu mövzuda heç bir fayda verməmişdir. Gətiriləcək tək açıqlama bu canlıların ortaq bir yaradılışla, yəni Allah´ın yaratması ilə yaradıldıqları həqiqətidir.